Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nizamnamə kapitalı artırılacaq.

12.06.2018 Birja
Bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

"Kommersant" "APA"-ya istinadən xəbər verir ki,Layihəyə əsasən, SOCAR tərəfindən bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “babək” yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədi ilə dövlət dəstəyi olaraq SOCAR-ın nizamnamə kapitalının artırılması üçün 663,2 milyon manat və idxal olunan təbii qazın “Azərenerji” ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün şirkətə 300 milyon manat subsidiya olmaqla cəmi 963,2 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, 2016-cı ilin dekabrın 31-nə olan məlumata görə, SOCAR-ın nizamnamə kapitalı 1 milyard 802 milyon manat təşkil edib. Bununla da SOCAR-ın nizamnamə kapitalı 36,8% artırılır.

  • Əvvəlki

    Azərbaycan bu ilin ilk 4 aynda 600 mln. manata yaxın borc qaytarıb

Digər xəbərlər