USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan maliyyə sektorunun işçi bazası artıb

28.05.2018 Bank
0 0
200 nəfər artım müşahidə olunur

Azərbaycanda maliyyə sektorunda muzdla çalışan işçilərin ümumi sayı mart ayı ərzində 200 nəfər artaraq 2018-ci il aprelin 1-nə 23,9 min nəfər təşkil edib.

"Kommersant.Az" xəbər verir ki, işçilərin 4,5 min nəfəri və ya 19%-i dövlət, 19,4 min nəfəri və ya 81%-i özəl sektorda çalışıb. Qeyd edək ki, artım özəl sektor hesabına baş verib.

Bildirək ki, bu sahədə çalışan işçilərin sayı 2005-ci ildəki 11,8 min nəfərdən 2014-cü ildə 30,9 min nəfərədək yüksəlib, daha sonra azalmağa başlayaraq 2015-ci ildə 30,1 min nəfər, 2016-cı ildə 25 min nəfər olub. 2017-ci il ərzində isə 5,2% və ya 1,3 min nəfər azalaraq 2018-ci il yanvarın 1-nə 23,7 min nəfər təşkil edib.