ABŞ-da ‘iPhone’ almaq Azərbaycandan 2 dəfə ucuz başa gəlir - ŞƏRH

20.02.2019 İKT
DW saytının araşdırmalara görə 256 GB yaddaşı olan Apple firmasının istehsalı olan iPhone Xs Max ABŞ-da 1249 ABŞ dollarına başa gəlir. Halbu ki, maya dəyəri 450 ABŞ dollarıdır.

“Ekran 90,50, yaddaş 64,00, prosessor və modem 72,00, enerji daşı 9,00, kamera 44,00 başqa detallarla birlikdə 450 ABŞ dollarına yaxın. Burada sayt ən bahalı olan sistemin (iOS) təkmilləşdirməsi xərcidir. Bundan əlavə digər xərcləri ola bilər nəzərə alınmalıyıb. Adi bir misal gətirim: Neft yerin altında çıxarmaq üçün, avadanlıq, qurğular lazımıdır. Qurğuların təmikmilləşdirməsi üçün insan faktoru, önəmli rol oynayır. Yəni yeni daha müasir üslubda qurğular istehsal etmək üçün.

Azərbaycanda 64GB (4 dəfə yaddaşı aşağı) bu telefonun qiyməti 2579 manatdır. Bunu dollara çevirsək 2579/1.70 = 645 ABŞ dolları edir. 645*4 =2580 ABŞ dollarına başa gələcək. 2 dəfə baha. ABŞ-da bu telefonu almaq daha sərfəlidir. Manata çevirsək 2580*1.7 = 4386 manat edir.

Bəs niyə bu qədər baha başa gəlir?

Vergilər Nazirliyi sualı belə cavablandırıb: Bildiririk ki, virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında alışına sayından asılı olmayaraq yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur. Onu da qeyd edək ki, müəyyən şərtlər nəzərə alınmaqla fiziki şəxsin şəxsi istehlakı üçün alınan malların güzəştli qaydada (gömrük ödənişlərini, yəni gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq ödənilmədən) gömrük sərhədindən keçirilməsi nəzərdə tutulur və bu da öz əksini “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda tapmışdır. Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilə bilər. Həmin Qaydalarla tanış olmağınızı, aydın olmayan məqamlar barədə məlumat almaq üçün Dövlət Gömrük Komitəsinin 195-7 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik. Vergi Məcəlləsi 20.5-ci və 169.1-ci maddələri, Gömrük Məcəlləsinin 1.0.17-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”.

Mobil cihazların qeydiyyat sisteminin saytına http://imei.az/phones daxil olub modellər bölməsinə baxsaq aşağıdakı cədvəli görəcəyik.(http://www.e-qanun.az/framework/39706)

Mobil cihazın bazar qiyməti Dövlət rüsumu
*Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların
qeydiyyata alınması
20 manat
100 ABŞ dollarına qədər 30 AZN
101 ABŞ dollarından 200 ABŞ dollarına qədər 50 AZN
201 ABŞ dollarından 400 ABŞ dollarına qədər 60 AZN
401 ABŞ dollarından 700 ABŞ dollarına qədər 70 AZN
701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər 100 AZN
1001 ABŞ dollarından yuxarı olduqda 150 AZN

Deməli biz şəxsi istehlak üçün aldığımız telefonu ölkəyə gətirsək misalımızda 2123 (1249 ABŞ dolları) manata ABŞ-dan aldığımız telefonun üstünə qeydiyyat 2123+150 = 2273 manat edəcək.“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“nın təsdiq edilməsi barədə 14 oktyabr 2013-cu ildə təstiq edilmiş Nazirlər Kabinetinin 305 nömrəli qərarının 1.7. bəndində qeyd edilir ki, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş və güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilən bu qaydaların 2.1-ci bəndində qeyd olunan malların elektron sistem vasitəsilə uçotu Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş qaydalara uyğun aparılır. 2.1.4. bənddə qeyd edilir ki, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) günmüddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. 1000 ABŞ dolları vursaq 1.70 = 1700 manat (güzəşt) . Amma bizim misalda 150 manat qeydiyyat xərci var idi bunu sonra əlavə edəcəyik. Gömrük Komitəsinin açıqlamasına görə ölkəyə idxal olunan telefonun sayından aslı olmayaraq, 1000 ABŞ dolları gözəştdən sonra tətbiq ediləcək faiz dərəcəsi 36-dır. 2123 – 1700 = 423 *36% = 152 manat 28 qəpik gömrük rusumu olacaq. 2123 manatlıq telefonun Azərbaycana şəxsi istifadə üçün gətirilib qeydiyyata alınması 2123+152,28+150 = 2425 manat 28 qəpiyə başa gələcək…

Xaricdən onlayn sifarişlə gətirilən telefonlara vergi necə tədbiq olunacaq?

Sualın cavab olaraq nazirlikdən bildirilib ki, virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında alışına sayından asılı olmayaraq yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur. Müəyyən şərtlər nəzərə alınmaqla fiziki şəxsin şəxsi istehlakı üçün alınan malların güzəştli qaydada (gömrük ödənişlərini, yəni gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq ödənilmədən) gömrük sərhədindən keçirilməsi nəzərdə tutulur və bu da öz əksini “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda tapmışdır. Həmin Qaydalarla tanış olmağınızı, aydın olmayan məqamlar barədə məlumatın alınması üçün aidiyyəti üzrə bu sahədə səlahiyyətli qurum olan Dövlət Gömrük Komitəsinin 195-7 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik. Bununla yanaşı, bildiririk ki, mobil cihazların qeydiyyata alınması zamanı dövlət rüsumunun tətbiqini tənzimləyən ““Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu” 2018-ci il iyulun 1-dən qüvvəyə minmişdir.

Qeyd olunan qanuna əsasən satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və ƏDV tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tutulur, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri isə hər il üçün Nazirlər Kabineti tərəfindən müəyyən olunur ki, “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” də Nazirlər Kabinetinin 31.07.2018-ci il tarixli 336 nömrəli Qərarı ilə təsdiq edilmişdir.Mobil cihazların qeydiyyatı ilə bağlı ətraflı məlumat almaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməyiniz Sizə tövsiyə olunur. Vergi Məcəlləsi 20.5-ci, 169.1-ci, 169.3-cü maddələri, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının 10.05.2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 12 iyun 2018-ci il tarixli 1187-VQD nömrəli Qanunu, ““Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2018-ci il tarixli 149 nömrəli Fərmanı, “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 31.07.2018-ci il tarixli 336 nömrəli Qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”.

Müəllif: Rauf Qarayev
iqtisadçı-ekspert