“Avtomobil yollarının dövlət reyestri” elektron məlumat bazasının yaradılır

13.05.2019 İKT
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) “Avtomobil yollarının dövlət reyestri” elektron məlumat bazasının yaradılmasına başlayıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə "Report” Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.

"Elektron məlumat bazasının yaradılması üçün avtomobil yolları haqqında məlumatlar toplanır. Bazaya daxil olmaqla yol infrastruktruru ilə bağlı məlumat əldə etmək mümkün olacaq. Bu ilin sonuna kimi ilkin variantin hazır olması, sonradan üzərində təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulub", - o qeyd edib.

Xatırladaq ki, “Avtomobil yollarının dövlət reystri” elektron məlumat bazasının yaradılması "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramında nəzərdə tutulub. Prezident İlham Əliyev təsdiqlədiyi Dövlət Proqramı ilə qeyd edilən işlərin icraçısı AAYDA-dır.

VTB