USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputat Azərbaycandakı internetin sürətindən şikayətlənib

17.10.2019 İqtisadiyyat
0 0
“Azərbaycanda internetin orta sürəti 3.1 Mbit/saniyədir. Hesablamalara görə internetin sürətinin 2 dəfə artırılması ölkə iqtisadiyyatında Ümumi Daxili Məhsulun 0.3% artımına səbəb olur”.

Bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Deputat deyib ki, 2018-ci ildə Azərbaycanda ÜDM-in həcmi 80 milyard manat olub.

"Demək, internet infrastrukturunu təkmilləşdirməklə, orta internet sürətini 6.2 Mbit/san etməklə iqtisadiyyatda əlavə 240 milyon manat dəyərin yaranmasına nail olmaq mümkündür. Bu isə əlavə olaraq minlərlə iş yeri və büdcə gəlirlərinin artması deməkdir".

Deputat xatırlatma edərək bildirib ki, dünya üzrə orta internet sürəti 11 Mbit/san-dir.

©Modern

  • Əvvəlki

    Neft yenidən ucuzlaşıb

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0