USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İTV-dən ödənişli efir vaxtı ilə bağlı AÇIQLAMA

13.01.2020 İqtisadiyyat
0 0
İTV namizədlərə ödənişli efir vaxtı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Kanaldan daxil olan məlumatda bildirilir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti fevralın 9-da keçiriləcək parlament seçkilərində deputatlığa namizədlərə öz təşviqat kampaniyalarını aparmaq üçün ödənişli və ödənişsiz efir vaxtı verməyə hazırdır.

Qanunvericiliyə uyğun olaraq ödənişsiz efir vaxtı 60-dan çox dairədə deputatlığa namizədi qeydə alınmış siyasi partiya və bloka veriləcək. Bununla bağlı yanvarın 17-dən sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Seçki Komissiyasına müraciət edəcək.

Ödənişli təbliğata gəlincə İTV və İctimai Radio artıq parlament seçkiləri çərçivəsində siyasi reklam üçün müəyyən etdiyi qiymətləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Yayımlanma vaxtından asılı olaraq İTV-də siyasi reklamın bir saniyəsinin qiyməti 22-65 manat arasında dəyişir. İctimai Radioda isə siyasi reklamın bir saniyəsinin qiyməti 7-25 manat aralığındadır. Qiymətlər və siyasi reklamın efirə getmə vaxtları ilə daha ətraflı Mərkəzi Seçki Komissiyasının saytında tanış olmaq olar. Bu qiymətlər hazırda İTV və İctimai Radioda mövcud olan qiymətlər əsasında formalaşdırılıb.

2015-ci il parlament seçkilərinə nisbətən qiymətlərdə olan artım son 5 il ərzində reklam və televiziya bazarında baş vermiş dəyişikliklər, habelə İTV-nin və İctimai Radionun efirinin xeyli təkmilləşməsi ilə bağlıdır. Eyni zamanda İTV və İctimai Radionun bu siyasi reklamın yerləşdirilməsi üçün öz proqram şəbəkəsində dəyişiklik edəcəyi də istisna olunmur. Qanuna uyğun olaraq ödənişli siyasi təşviqat üçün nəzərdə tutulan vaxt namizədlər arasında bərabər bölüşdürüləcək.

Ödənişli efir üçün müraciətlər qanunda nəzərdə tutulmuş qaydada İctimai Televiziya və Radio Yayımları Şirkətinə edilməlidir.

İctimai Televiziya və İctimai Radio qarşıdan gələn parlament seçkilərinin ölkənin ictimai-siyasi həyatında rolunu anlayaraq seçkilər çərçivəsində maarifləndirmə, ödənişli və ödənişsiz təbliğata xüsusi fikir verəcək. Biz ictimai yayımçı olaraq qanunla üzərimizə düşən bütün öhdəlikləri tam həcmdə yerinə yetirməyə hazırıq.

Yenisabah.az

  • Əvvəlki

    Vilayət Eyvazov yol polislərini sıraya düzdü - FOTO

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0