Bu gündən SMS icazə ləğv edildi

18.05.2020 İKT
Azərbaycanda SMS icazə ləğv edilib.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Bildirilib ki, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.