Azərbaycanda sığorta bazarı 6% - dan çox böyüyüb

23.02.2019 Sığorta
2019-cu ilin yanvar ayında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 88.2 mln. manat məbləğində sığorta haqları toplanıb, 17.2 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

"Kommersant.az" xəbər verir ki, bu ötən illə müqayisədə 6.6% çoxdur.

Könüllü sığorta bazarı üzrə haqlar 72.6 mln. manat, ödənişlər isə 10.8 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 15.6 mln. manat, ödənişlər isə 6.4 mln. manat olub.

2019-cu ilin yanvar ayında sektor üzrə məcmu sığorta haqlarının 82.3%-i könüllü, 17.7%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin isə 62.8%-i könüllü, 37.2%-i icbari sığorta növləri hesabına formalaşıb. (Fins)