USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"BDU dünya reytinqlərində ən yaxşı sırada olan universitetimizdir" - KAMRAN ƏSƏDOV

14.03.2023 Digər
10 17
“Hazırda Azərbaycan təhsil müəssələri arasında dünyanın müxtəlif reytinqlərində ən yaxşı vəziyyətdə olan Bakı Dövlət Universitetidir”.

Kommersant.az xəbər verir ki, bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov BDU-nun rektoru Elçin Babayevin səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Ekspert bildirib ki, hazırda Azərbaycanda 51 ali təhsil müəssəsi var. Bu ali təhsil müəssələrində 187 min tələbə ali təhsil alır:

"BDU-nun 24000 tələbəsi var, 3000-dən çox professor, müəllim heyəti çalışır. Bakı Dövlət Universiteti dünyanın ilk 1000 ali təhsil müəssisəsi siyahısına daxil olub. Xüsusilə bu universitetin reytinqdə son 3 ildə ciddi irəliləməsi müşahidə olunur. Hazırda 51 ali təhsil müəssəmiz arasında ilk 800-ə düşməyə 2026-cı ilə qədər namizəd Bakı Dövlət Universitetidir”.

Kamran Əsədov onu da bildirib ki, ümumilikdə vəziyyətin bu qədər xoş olmamasının səbəbi uzun illər ərzində BDU-da yığılıb-qalmış problemlərdir:

"Amma son 3 il ərzində görürük ki, illər ərzində yığılmış problemlərin, böhranlı vəziyyətin aradan qaldırılması istiqamətində böyük işlər görülüb. Son 3 ildə əldə edilmiş beynəlxalq reytinq daha yüksəkdir. Təbii ki, dünya universitetlərin maddi ehtiyyatları, kadr potensialı daha yüksəkdir. Birdən-birə desək ki, bu reytinqi dəyişək, dünyanıın ilk 500-ü arasında olaq, bu mümkün deyil. Belə bir təcrübə yoxdur. Amma BDU dünyanın ilk 800-də olmaq istiqamətində irəliləyir. Bizim xarici dili bilən, elmi-tədqiqat məqalələri yazan o qədər də çox mütəxəssimiz yoxdur ki, deyək gəlin BDU-nu birdən-birə dünya reytinqində ilk 100 edək".

Qeyd edək ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmə zamanı “Reytinqlərdə geri qalmağımızın səbəbi zəifliyimiz deyil, digər universitetlərin sürətlə inkişaf etmələridir” sözləri tənqidlərə səbəb olub.

  • Əvvəlki

    Deputat: “Deyirlər, “Kür quruyur”, bəs niyə Reyn, Sena çayları qurumur?”

Digər xəbərlər