USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İzmirə zəlzələ xəbərdarlığı: Müraciət sayı 4 min 128 olaraq qaldı

10.04.2023 Digər
17 1
"Komandalarımız binanın layihəyə uyğunluğu ilə bağlı qiymətləndirmə aparacaq. Sütunun kəsilməsi olub-olmadığını müəyyənləşdirəcəklər. İzmir zəlzələ bölgəsində yerləşən bir şəhərdir və düşünürəm ki, zəlzələyə hazır olmalı və bundan xəbərdar olmalıyıq".

Kommersant.az xəbər verir ki, fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra İzmir Böyükşəhər Bələdiyyəsi təxminən 902 min binanın olduğu şəhərdəki strukturların zəlzələyə davamlılığını təyin etmək üçün araşdırmaya başlayıb və 4128 bina üçün müraciət edilib.

1-ci dərəcəli zəlzələ zonasında yerləşən və aktiv qırılma xətlərinin tez-tez zəlzələlər törətdiyi İzmirdə Böyükşəhər Bələdiyyəsi və İzmir Şöbəsi ilə əməkdaşlıq çərçivəsində strukturların zəlzələlərə nə dərəcədə hazır olduğunu müəyyən etmək üçün martın 1-də araşdırmaya başlanılıb.

İzmirin 30 rayonundan "afetplani.izmir.bel.tr" və "izmir.bel.tr" ünvanlarından edilən müraciətlərə görə təyin olunan strukturlara gedəcək mütəxəssis qruplar, gələn həftədən etibarən layihənin uyğunluğunu yoxlayacaq.

Komandalar həmçinin rentgen üsulu ilə binaya zərər vermədən daşıyıcı sistemdə olan dəmirin diametrini və möhkəmliyini yoxlayacaq.

Tədqiqatla bağlı açıqlama verən İzmir Böyükşəhər Bələdiyyəsinin Zəlzələ Riskinin İdarə Edilməsi və Şəhərsalma Şöbəsinin müdiri Banu Dayangaç bu işə İzmirdə yaşayan hər kəsin öz binası haqqında məlumat əldə edə bilməsi və özünü təhlükəsiz hiss etməsi üçün başladıqlarını söylədi.

  • Əvvəlki

    Nazirlik Hacı Mazana məxsus olduğu deyilən şirkətə 275 minlik tender verdi

Digər xəbərlər