USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir saxta diplom məsələsinə münasibət bildirdi

11.04.2023 Digər
17 0
1990-cı illərin əvvəlində, sovet dövründə Azərbaycandan kənarda təhsil almış bir çox müəllimlərimiz var ki, onların diplomlarının saxta olub-olmamasını sübut etmək çox çətindir.

Bunu APA-ya açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, nazirlikdə dəfələrlə belə hallarla üzləşmişik.

"Məsələn, müəllimin əlindəki sənədin dövlət nümunəli olmadığını görürük, lakin özündən soruşduqda bu sənədin 90-cı illərin əvvəlində verildiyi müəyyən olunur. Həqiqət ondan ibarətdir ki, o dövrdə müharibə şəraiti olduğundan bəzi məktəblərə diplomlar çap edilib verilə bilməyib. İndi bizim məntiqimiz ondan ibarətdir ki, müəllim sertifikasiyada iştirak edərək öz bilik və bacarığını sübut edə bilirsə, biz onu məktəbdə saxlayırıq".

Nazir qeyd edib ki, eyni zamanda əlində hüquqi bazımdan saxta olmayan diplomu olan, lakin bilik və bacarığı yerində olmayan müəllimlər də var:

"Belə hallar az deyil. Ona görə bizim indi fokuslandığımız məsələ daha çox tədrisi aparan təhsilverənin biliyinin olmasıdır"

  • Əvvəlki

    Hesablama Palatası Azərbaycan Mərkəzi Bankının fəaliyyətində nöqsanlar - AŞKARLADI

Digər xəbərlər

22.04.2024 Digər
Sabah 28 dərəcə isti olacaq
0 0
18.04.2024 Digər
F-16 süni intellektlə uçdu
0 0
18.04.2024 Digər
Dubayda daşqınlar
0 0