USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhalinin DİQQƏTİNƏ: Bu ərazilərdə su kəsiləcək

02.05.2023 Digər
26 49
Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarında, həmçinin Hacıqabul rayonunda su kəsiləcək.

Kommersant.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, buna səbəb Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılmasıdır. Odur ki, paytaxtın 3 rayonunun bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.