USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ və Kanada "Titan fəlakəti"ni araşdıracaq

24.06.2023 Digər
21 11
ABŞ və Kanadanın 5 nəfərin həyatını itirdiyi turistik sualtı "Titan fəlakəti" ilə bağlı araşdırma aparacağı bildirilib.

Kommersant.az xəbər verir ki, ABŞ və Kanada turistik məqsədlə "Titanik"in qalıqlarına gəzintiyə gedərkən itən "Titan" sualtı qayığının partlaması nəticəsində 5 nəfərin ölümünə səbəb olan fəlakəti araşdıracaqlarını açıqlayıb.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Agentliyindən verilən açıqlamada Titan sualtı qayığının partlaması "böyük dəniz fəlakəti" olaraq xarakterizə edilib.

Açıqlamada ABŞ Sahil Mühafizəsinin sualtı qayığın partlaması ilə bağlı araşdırmaya başlayacağı bildirilib.

Kanada Milli Nəqliyyat Təhlükəsizliyi Agentliyi (TSB) də Titanı Kanadanın Nyufaundlend bölgəsindən Atlantik Okeanındakı Titanik qəzasının yerinə aparan "Polar Prince" gəmisinin hərəkətləri ilə bağlı araşdırmalara başlanılacağını açıqlayıb.

TSB, istintaq qərarının "Kanada Nəqliyyat Qəzalarının Təhqiqatı, Təhlükəsizlik Şurası Aktı və beynəlxalq müqavilələrə uyğun olduğunu" bildirdi.

Aysberqə çırpılan və 1514 nəfərin ölümünə səbəb olan "Titanik"in qalıqlarını göstərmək üçün turistik məqsədlər üçün istifadə edilən sualtı maşınlardan biri iyunun 19-da Atlantik Okeanında yoxa çıxıb.

Təxminən 96 saat oksigen tədarükü ilə yola çıxan və səyahət müddəti 2,5 saat olacağı təxmin edilən Titan sualtı qayığının dalışdan 1 saat 45 dəqiqə sonra "Polar Prince" gəmisi ilə əlaqəsi kəsilib. GPS-in işləmədiyi su altında, sualtı gəmi səthdəki gəmidən gələn mesajlarla idarə olunurdu.

ABŞ Sahil Mühafizəsi rəsmiləri bildiriblər ki, iyunun 22-də Titan sualtı qayığı "fəlakətlə" partlayıb və parçalara ayrılıb.

Sualtı qayıqda aviasiya sektorunda xidmət göstərən Action Aviation şirkətinin sahibi britaniyalı milyarder Hamish Harding, pakistanlı iş adamı Şahzadə Davud və oğlu Süleyman Davud, sualtı qayığın sahibi OceanGate-in qurucusu və baş direktoru, Stockton Rush, və fransız sualtı pilotu Paul Henry Nargeolet olub.