USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə və Azərbaycan birgə PUA istehsalını nəzərdən keçirir

26.06.2023 Digər
6 0
Türkiyə-Azərbaycan birgə pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və onların Azərbaycanda istismarı məsələsi nəzərdən keçirilir.

Bunu bazar ertəsi Azərbaycanın müdafiə naziri Zakir Həsənov yerli televiziyaya müsahibəsində deyib.

“Qardaş Türkiyə ilə çox sıx əməkdaşlığımız var, ortaq layihə mövcuddur. Söhbət təkcə yeni pilotsuz uçuş aparatlarının, sistemlərinin alınmasından yox, həm də onların birgə istehsalından və burada istismarından gedir. Artıq bu məsələlər öz həllini tapır və yaxın gələcəkdə, yəqin ki, ictimaiyyətə məlumat veriləcək. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı ölkələrimizin Silahlı Qüvvələri arasındakı əməkdaşlığa xüsusi diqqət yetirir. Bildiyiniz kimi, biz çox güclü inteqrasiya olunmuşuq, birgə təlimlər keçiririk”, - nazir əlavə edib