USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bu cərimələr elektron protokol ilə tərtib edilməlidir” - Yasin Mustafa

03.07.2023 Digər
8 0
“Bizdə də kifayət qədər cərimələr tətbiq edilir, vaxtaşırı onların miqdarı yüksəldilir. Təbii ki, bu mexanizm tam işləmədiyi üçün o qədər effekt vermir”.

Bu sözləri Kommersant.az-a nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafa yol hərəkəti qaydalarını pozan sərnişinlərə tətbiq edilən cərimələr haqqında danışarkən deyib.

Ekspert qeyd edib ki, ümumiyyətlə qanunlara əməl edilməsi üçün cərimələr tətbiq edilir:

“İnkişaf etmiş ölkələrdə cərimələr daha yüksək olduğu və qanunlara riayət etmək üçün müxanizmlərin mövcud olması qanunların aliliyini qoruyur. İnsanlar daha çox bu ölkələrdə qanunlara əməl edir”.

Yasin Mustafa bildirib ki, bizdə cərimənin tətbiq edilməsi mexanizmi düzgün işləmir:

“Burada mexanizm dedikdə cərimənin tətbiq edilməsi ilə bağlı mexanizm nəzərdə tutulur.

Məsələn, müəyyən yerlərdə quraşdırlmış kameralar. Hansı ki, bu kameralar qayda pozuntularını avtomatik rejimdə müəyyən edir və cərimlər tətbiq olunur. Ümumiyyətlə cərimə yazanla vətəndaş arasında korrupsiya və suistifadə hallarının olmaması üçün ünsiyyət olmamalıdır. Bu cərimələr elektron protokol ilə tərtib edilməlidir”.