USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İndiyə qədər qeydə alınan ən anormal istilik dalğası

26.09.2023 Digər
0 0
2022-ci ilin mart ayında Antarktika qitəsində meydana gələn və bölgədəki tədqiqatçıların şort geyinməsinə səbəb olan istilik dalğası üzərində aparılan araşdırma, qeydə alınan ən anormal isti dalğasında iqlim dəyişikliyinin kiçik bir paya sahib olduğunu ortaya qoydu.

ABŞ-da aparılan araşdırmada, 18 mart 2022-ci ildə Antarktidadakı Concordia stansiyasında temperaturun 11,5 dərəcəyə qədər yüksələrək, demək olar ki, sıfırın altına düşməsinə səbəb olan anormal isti dalğasının səbəbləri müzakirə edilib.

Tədqiqat, iqlim dəyişikliyinin mövsüm normalarının sıfırın təxminən 49 dərəcə aşağı olduğu bölgədə bəzi tədqiqatçıların şort geyinməsinə səbəb olan isti dalğasına təsirinin az olduğunu, əsas səbəbin isə bölgənin təbii dəyişkənliyi olduğunu göstərdi.

Fərqi ölçmək üçün simulyasiya yaradan tədqiqatçılar, iqlim dəyişikliyinin təsirinin yalnız 2 dərəcə ətrafında meydana gəldiyini təyin edərək, sözügedən istilik dalğasının Avstraliyadan isti və rütubətli hava gətirən qeyri-adi hava şəraitinin səbəb olduğunu qeyd ediblər.

Tədqiqatın nəticələri Advancing Earth and Space Science (AGU) jurnalında dərc olunub.