USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah 19 dərəcə isti olacaq

09.04.2024 Digər
0 0
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-12°, gündüz 14-19° olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12°, gündüz 14-19°, dağlarda gecə 0-5°, gündüz 7-12° olacaq.

  • Əvvəlki

    Qırğızıstan Ağdamda orta məktəb inşa edəcək

Digər xəbərlər

22.04.2024 Digər
Sabah 28 dərəcə isti olacaq
0 0
18.04.2024 Digər
F-16 süni intellektlə uçdu
0 0
18.04.2024 Digər
Dubayda daşqınlar
0 0