USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah yağış yağacaq

28.12.2024 Digər
0 0
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz tədricən kəsiləcək.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 6-8° olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarında yağıntılar kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq.

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 6-11°, dağlarda gecə 2-6° şaxta, gündüz 2°şaxtadan 3°-dək olacaq.