USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ildən etibarən ödənişli təhsil haqlarında dəyişiklik edilib

21.07.2025 Digər
0 0
Bu ildən etibarən ödənişli təhsil haqlarında dəyişiklik edilib.

Kommersant.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili üzrə tələbə qəbulu ilə bağlı keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, bəzi bölgələrdə təhsil haqları fərqlidir:

“Peşə təhsilində bəzi ixtisaslar var ki, onların təhsil haqqı 5 min manatdır. Bunun baha olduğunu düşünə bilərlər, ancaq səbəbləri var. Belə ki, beynəlxalq sertifikatlar, dərsliklər, yüksək peşəkar müəllimlərin cəlb edilməsi və onlara ödənilən əməkhaqqı, həmçinin, ekspertlərin iştirakı və s. ilə bağlıdır”.