USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhalinin əczaçılıq məhsullarına çəkdiyi xərc 21% artıb

12.09.2025 Digər
0 0
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılara 995,9 milyon manat dəyərində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Kommersant.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,1% çoxdur.

Əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 2,4% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3%, qeyri-ərzaq malları üzrə 6,7% artıb.