Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Kommersant.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi axşam bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9 dərəcədən 13 dərəcəyədək, gündüz 15 dərəcədən 18 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcədən 5 dərəcəyədək, gündüz 12 dərəcədən 15 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən 5 dərəcəyədək şaxta, gündüz 1 dərəcədən 6 dərəcəyədək olacaq.