USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ölkənin Azərbaycandakı səfirliyi bağlanır

30.07.2019 Siyasət
0 2
Kosta-Rika Azərbaycandakı səfirliyini bağlayır.

"Kommersant.az" “Report”a istinadən xəbər verir ki, avqustun 1-dən bu ölkənin Bakıdakı səfirliyi fəaliyyətini dayandıracaq. Səfirlikdən bu məlumatı təsdiqləsələr də, səbəbini bildirməyiblər.

Xatırladaq ki, Kosta-Rika Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılışı 2017-ci ilin noyabr ayında keçirilib. Mərasimdə Azərbaycanda səfərdə olan Kosta-Rika xarici işlər və dini etiqad naziri Manuel Qonzalez Sanz iştirak etmişdi.