DTX-nın həbs etdiyi deyilən İsmayıl Vəliyev kimdir? - 15 illik icra başçısı...
                    
                        20.02.2020
                        Siyasət
                    
                
                        0
                        3
                    
                            
            
                Xəbər verdiyimiz kimi, Neftçalanın İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən tutulub.                
            
            “Kommersant.az” saxlanılan icra başçısının dosyesini təqdim edir:
Neftçala icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycan Respublikasının sabiq baş prokuroru İsmət Qayıbovun bacısı oğludur.
O, 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirmiş, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb.
Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin deputatı olub. 1985-1991-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin bağışlama şöbəsində məsləhətçi, hüquq şöbəsində böyük məsləhətçi, baş mütəxəssis, Qanunvericilik və hüquq şöbəsində sektor müdiri vəzifələrində işləyib.
    
    
    
1991-1992-ci illərdə "İlk Bank” səhmdar-kommersiya bankının idarə heyətinin sədri, "Mejbankovskoye Obedinenie” səhmdar bankında bank şurasının sədri vəzifələrində işləyib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində böyük məsləhətçi işləyib.
    
        
    
        
            
    
            
    
                
            
        Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində 28 mart 1995-ci il tarixdən 24 may 1995-ci il tarixədək Gömrük nəzarətinin təşkili idarəsinin rəis müavini, 24 may 1995-ci il tarixdən 29 may 1996-cı il tarixədək həmin idarədə rəisin birinci müavini, 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi,21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib.
    
        
            
        
    
    
        
        
            
        
        
                    
                
                                                    
                                                    
                                
                                    
                                    
                                    
                                    
                                        
                                
                            
                                                    
                                            
                                    
                                                    
                                
                                    
                                    
                                    
                                    
                                        
                                
                            
                                                    
                                                    
                                            
                                    
                                                    
                                                    
                                
                                    
                                    
                                    
                                    
                                        
                                
                            
                                                    
                                            
                            
            
                    01 iyun 2005-ci ildən 24 avqust 2005-ci il tarixədək "Petrogeoaz” məhdud məsuliyyəti cəmiyyətinin baş direktoru vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2005-ci il tarixli 970 nömrəli sərəncamı ilə Qobustan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli 1470 nömrəli sərəncamı ilə Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Ailəlidir, 2 övladı var.
            
            
            
            
        
    Digər xəbərlər
                                    
                                    
                                            03.11.2025
                                            Siyasət
                                        
                                        Müavinin həbsindən sonra icra başçısı hansı nazirdən kömək istəyib? - DETALLAR
                                            0
                                            0
                                        
                                    
                                    
                                    
                                            03.11.2025
                                            Siyasət
                                        
                                        AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib - FOTOLAR
                                            0
                                            0
                                        
                                    
                                    
                                    
                                            30.10.2025
                                            Siyasət
                                        
                                        İlham Əliyev Balakən Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib - SƏRƏNCAM
                                            0
                                            0
                                        
                                    
                        









.jpg)













































                












