USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda referendum keçiriləcək

13.03.2020 Siyasət
0 0
“Ölkənin gələcək inkişafında mühüm rol oynaya biləcək çox ciddi hadisələr baş verə bilər. Ola bilsin ki, mən belə güman edirəm, Konstitusiyada dəyişikliklər edilməsi üçün referendum keçirilsin”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu VI çağırış Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.

F.Ağamalının sözlərinə görə, hazırda müzakirə parlament seçkilərinin qarışıq sistem əsasında keçirilməsi ilə bağlıdır: “Yəni mojaritar və proporsional seçki sistemi birlikdə tətbiq ediləcək. Bu ideyanın ardıcıl tərəfdarlarından biri də mənəm. Bu, partiyaların siyasi sistemdə yerini və rolunu gücləndirə bilər. Seçkidən sonra hər bir partiya biləcək ki, cəmiyyətdəki gücü nədən ibarətdir”.

Pravda.az