USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mübariz Mənsimovun həbsində "Abdullayev" izi

29.04.2020 Siyasət
330 26
Mübariz Qurbanoğlu Mənsimovun həbsindən 43 gün ötür. Bəli, nə az, nə çox 43 gün. Bu 43 gün ərzində nələr baş verdi? Azərbaycanlı iş adamları, media, xüsusilə də "Abdullayev" tərəfindən təzyiqlər, təhqirlər və s.

Mübariz Mənsimovun həbsində SOCAR-ın izi ola bilər?

Əvvəla onu qeyd edək ki, SOCAR dövlət şirkətidir və fərdlərə görə siyasətini müəyyənləşdirmir. Daxili və xarici siyasəti neft satışı, dövlət gəlirləri və s.dir

Əvvəlcə SOCAR-ın Mübariz Mənsimovla bağlı açıqlamasını xatırlayaq:

"Mübariz Mənsimovun saxlanılması SOCAR-ın kommersiya marağında ola bilməz.

Bildiririk ki, Mübariz Mənsimovun Türkiyə Cümhuriyyətində hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının SOCAR qrupuna qarşı London və Dubayda keçiriləcək arbitraj prosesləri ilə heç bir əlaqəsi yoxdur".

Qurumun məlumatında bildirilir ki, cənab Mənsimovun saxlanılması "onun maliyyə öhdəliklərinin yerinə yetirilməsini gecikdirə bilər".

Şirkət bildirib ki, 2018-ci ildən bəri SOCAR tərəfindən "Palmali" qrupuna qarşı başlanılan arbitraj prosedurlarının uzanması SOCAR-ın kommersiya marağında ola bilməz çünki bu, şirkətin maliyyə balansına, əmlak hüquqlarına və qeyri-əmlak maraqlarına mənfi təsir göstərə bilər.

SOCAR Türkiyə məhkəmə proseslərinə müdaxilə ehtimallarını birmənalı şəkildə təkzib edir.

Mübariz Mənsimov bir neçə il əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə ortaq şirkət yaradıb. Hisssələrin 65%-i SOCAR-a, 35%-i "Palmali" şirkətinə məxsus olub, amma sonradan Mübariz Mənsimov bu ortaqlıqdan imtina edib.

YAZININ İKİNCİ HİSSƏSİ ÜÇÜN TIKLAYIN

Mübariz Mənsimovun iddiasında SOCAR-ın ortaqlıq sənədini hər dəfə ailə üzvlərinin, tanışlarının adına dəyişdirdiyi göstərilib. Bundan narahat olan "Palmali" şirkətlər qrupu ortaqlığı bitirib.

SOCAR iddia edir ki, "Palmali" şirkəti öz öhdəliklərini yerinə yetirməyib. Buna görə də SOCAR 2018-ci ildən bəri "Palmali" qrupa daxil olan şikətlərə və Mübariz Mənsimova qarşı arbitraj prosedurlara başlayıb.

Belə anlaşılır ki, şirkətlər arasında heç bir münaqişə yoxdur. Bəs şəxslər arasında necə? Əlbəttə ki, var. Bunu "Mübariz insan" dəfələrlə açıqlamasında bildirib. Məsələnin sübut və təfərrüatlarına bir- bir toxunaq:

Elnur Nazim oğlu Abdullayev

Azərbaycanda güclü media saytlarının rəhbəri olan Elnur, Rövnəq Abdullayevə yaxınlığı ilə tanınır. SOCAR şefi Rövnəqin maliyyə yardımı ilə ayaqda duran media saytlarına birbaşa Elnur Abdullayev rəhbərlik edir. Hansı ki, o saytlar Rövnəq Abdullayevin sifarişi ilə "Mübariz insan"ı xalqın gözündən salır.

Qeyd edək ki, Elnur Abdullayev keçmiş “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru, sonra isə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində çalışıb.

Elnur Abdullayevin şirkətlərindən "Mübariz insan"a zərbə

"Global Media Group" MMC -nin Oxu.az saytında Mübariz Mənsimovu təhqir edərcəsinə yazı yayımlanması; Elnur Abdullayevin bir neçə saytı bu xəbəri tirajlayaraq "Mübariz insan"ı alçaltmağa çalışıb, amma tam tərsi oxucuların qəzəbi ilə üzləşib.

Məmməd Bəhruz oğlu Gülməmmədov

Elnur Abdullayevə yaxınlığı ilə tanınan Məmməd Gülməmmədov Azərbaycanda "On Media" MMC-nin (olke.az saytının) rəhbəridir. Sözügedən xəbəri tirajlayan sayt facebook sosial şəbəkəsində ciddi qınaqlarla qarşılaşıb.

Bu paylaşımdan sonra səhifə izləyiciləri sözügedən saytı rəzil-rüsvay edib.

Elnur Abdullayev və Məmməd Gülməmmədovun iş ortaqlığı

Türkiyədə Elnur Abdullayevin rəhbərliyi ilə qurulan "Global Media" A.Ş. Mübariz Mənsimovun həbsindən sonra onunla bağlı qərəzli və sifarişli yazılar hazırlayır. Sözügedən şirkətin tv kanalı olan "Haber Global" kanalı "Mübariz insan" haqqında 4 ədəd sifarişli material təqdim edib.

Qeyd edək ki, "Haber Global" kanalı efirə sərxoş vəziyyətdə çıxan aparıcısı ilə gündəmə gəlmişdi.

Rövnəq Abdullayevin maliyyə dəstəyi ilə fəaliyyət göstərən media qurumlarının Mübariz Mənsimov haqqında qərəzli yazılar yazması bu savaşın Mübariz və Rövnəq savaşı olmasının göstəricisidir.

Bundan sonrakı yazıda bütün detallar açıqlanacaq və daha ətraflı dərc olunacaq.

Qeyd edək ki, bu yazı heç bir sifariş əsasında yazılmayıb və ümid edirik ki, yazının dərc olunması ilə sayt həmişəkindən fərqli olaraq hər hansı hücuma məruz qalmayacaq.

Ardı Var...