USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hikmət Hacıyev: “Düşmənin “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib”

08.10.2020 Siyasət
1 0
"Azərbaycanın Bərdə və Tərtər şəhərlərinə və mülki insanlara hücum edən Ermənistan ordusunun “Qrad” yaylım atəşli reaktiv sistemi dəqiq idarəolunan raketlə məhv edilib”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında bildirib.

“Bir çox günahsız mülki şəxsin həyatı xilas edilib və mülki infrastruktura dəyə biləcək potensial zərərin qarşısı alınıb”, - deyə Prezidentin köməkçisi qeyd edib.