USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Generaldan Şuşa ilə bağlı - AÇIQLAMA

09.02.2021 Siyasət
0 0
“Şuşa şəhərinin işğaldan azad olunmasına və qələbəyə aparan çətin ərazidən və düşmənin gözləmədiyi istiqamətdən, mühəndis qoşunları tərəfindən çəkilən dar, təhlükəli və keçilməsinə böyük peşəkarlıq tələb edən dağ-meşə yolundan müvəffəqiyyətlə keçən özüyeriyən və reaktiv qurğular, yerinə yetirdiyi fasiləsiz, dəqiq və sərrast atəş tapşırıqları ilə hücum edən bölmələrimizin atəş dəstəyini təmin etmişdi”.

"Kommersant.az"xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov deyib.

Onun sözlərinə görə, əməliyyat taktiki raket və reaktiv artilleriya divizionları kimi uzaqmənzilli raket sistemlərinin dəqiq atışları ilə düşmənin əməliyyat planları pozuldu və məğlubiyyətinə səbəb oldu.