USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şöbə müdiri ilə bağlı Baş Prokurorluğa müraciət olunub - AÇIQLAMA

30.04.2021 Siyasət
0 0
Bakı Slavyan Universiteti (BSU) barəsində cinayət işi açılan şöbə müdiri haqda məlumat yayıb.

Universitetin Mətbuat xidmətindən Valyuta.az-a bildirilib ki, aprelin 29-da "Unikal.orq" Xəbər Portalında və digər internet media resurslarında "140 min manatı mənimsəyən şöbə müdirinə cinayət işi açıldı" sərlövhəli yazı dərc edilib.

Universitet həmin yazı ilə əlaqədar olaraq bildirir ki, rektor, professor Nurlana Əliyeva bu ali təhsil müəssisəsinin Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri, dosent Dürdanə Əliyevanın çoxsaylı qanunsuz əməlləri(hətta universitetə aid Təhsil Nazirliyinə və Baş Prokurorluğuna müraciət edib.

“Hazırda Baş Prokurorluq tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri davam etdirilir. Diqqətinizə bir faktı da çatdırmağı məqsədəuyğun hesab edirik ki, Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsində təhsil alan tələbələr və onların valideynləri tərəfindən bu məsələ ilə bağlı kütləvi informasiya vasitələrinə müraciət edilməyib və bu məlumatın heç bir əsası yoxdur” – deyə açıqlamada qeyd edilir.