USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Finlandiyanın NATO-ya üzvlüyü üçün kritik görüş

17.03.2023 Siyasət
10 0
Finlandiya prezidenti Niinistö prezident Ərdoğanla görüşəcək. İclasda Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciəti müzakirə olunacaq.

Finlandiya prezidenti Sauli Niinistö prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlib.

Bildirilib ki, bu gün baş tutacaq görüşdə Türkiyə-Finlandiya münasibətləri nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

İkitərəfli əlaqələrlə yanaşı, NATO-nun Madrid Zirvə Toplantısı çərçivəsində imzalanmış Üçtərəfli Memorandum əsasında Finlandiyanın NATO-ya üzvlük müraciəti, Türkiyə-Avropa İttifaqı münasibətləri, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.