USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada saatlıq əmək haqqı artır

17.03.2023 İqtisadiyyat
14 0
Ötən ilin son rübündə Avro bölgəsində saatlıq əmək haqqı 5,7 faiz artıb.

Avropa Statistika İdarəsi (Eurostat) Aİ ölkələrində 2022-ci ilin dördüncü rübü üçün saatlıq əmək xərcləri məlumatlarını açıqlayıb.

Məlumata görə, dördüncü rübdə Avro bölgəsində saatlıq əmək xərcləri illik müqayisədə 5,7 faiz artıb.

Aİ-nin 27 üzv ölkəsində saatlıq əmək haqqı keçən ilin son rübündə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artıb. Üçüncü rübdə saatlıq əmək xərcləri Aİ-də 4,1 faiz, avro zonasında isə 3,7 faiz artıb.

Aİ ölkələri arasında işçi qüvvəsi xərcləri son rübdə Bolqarıstanda 16,1 faiz, Litvada 15,5 faiz, Macarıstanda isə 12,4 faiz artıb.

Sözügedən xərclər Almaniyada 6,3 faiz, Fransada 5,2 faiz, İtaliyada 5,5 faiz, İspaniyada isə 3,6 faiz artıb.

  • Əvvəlki

    Finlandiyanın NATO-ya üzvlüyü üçün kritik görüş

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0