USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gömrük generalı azadlığa buraxıldı

18.03.2023 Siyasət
3 14
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan gömrük generalı Ehtiram Xəlilov dünən axşam azadlığa buraxılıb.

Kommersant.az-ın məlumatına görə, məhkəmə Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə istintaq orqanının təqdimatına baxıb.

Qərara əsasən, general ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, ötən ilin iyin ayında "Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

Qaynarinfo