USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ sanksiyalara baxmayaraq, Rusiya ilə ticarətini davam etdirir

30.03.2023 Siyasət
4 5
Ötən ilin fevralında Rusiyanın Ukraynaya təcavüzündən sonra Aİ Rusiyaya qarşı ardıcıl on paket qəbul edərək, tarixdə hər hansı xarici ölkəyə qarşı tətbiq edilmiş ən sərt sanksiyalarla yadda qaldı. Bununla belə, Reuters agentliyinin məlumatına görə, Aİ sanksiyalara baxmayaraq, Rusiya ilə ticarətini davam etdirir.

Aİ sanksiyalarla Rusiyanın gəlirlərini və döyüş texnikasında istifadə olunan texnologiyalara çıxışını məhdudlaşdırmağı hədəfləyib. Bununla belə, Avropa Parlamentinin yaydığı araşdırma notuna görə, sanksiyalar “o qədər böyük təsir göstərməyəcək ki, Rusiya 2023-cü ildə Ukraynaya qarşı müharibə fəaliyyətini məhdudlaşdırsın”.

27 AB ölkəsi ilə Rusiya arasında ticarət əlaqələrinin əksəriyyəti uğurlu lobbiçilik, sanksiyalar nəticəsində Aİ-nin iqtisadi təsirini azaltmaq səyləri və sanksiyaların qlobal təchizat zəncirinə təsirləri ilə bağlı narahatlıqlar səbəbindən hələ də davam edir.

Aİ indi yeni sanksiyalar tətbiq etmək əvəzinə, mövcud sanksiyaları pozan şəxslərə və qurumlara qarşı sərt şəkildə müdaxilə etməyi qarşısına məqsəd qoyub. Səlahiyyətlilər müəyyən edib ki, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Ermənistan, Gürcüstan, Qazaxıstan və Qırğızıstan sanksiyalardan yayınmaq üçün marşrut kimi istifadə olunub.