Rusiyanın Budapeştdəki səfiri Yevgeni Stanislavov müsahibəsində “Qazprom Export” və Macarıstanın MVM enerji şirkətinin lazım gələrsə, yüksək qiymət səbəbindən Rusiya qazının Macarıstana tədarükü şərtlərinin dəyişdirilməsi məsələsini kommersiya səviyyəsində müzakirə edə biləcəyini deyib.
Macarıstanın xarici işlər naziri Peter Szijjarto 2022-ci ilin dekabrında Rusiya Baş nazirinin müavini Aleksandr Novakın telefon danışığında qiymət yüksəlişinə görə, uzunmüddətli Macarıstan-Rusiya qaz müqavilələrində dəyişikliyə icazə verdiyini söyləyib.