USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"ABŞ səfiri bu addımı ilə ölkəsinin hansı tərəfdə dayandığını göstərib" - ELMAN NƏSİROV

03.04.2023 Siyasət
26 5
"Bu Türkiyə-ABŞ münasibətlərinə təsir edən amillərdən biridir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təsadüfən söyləmir ki, biz ABŞ-a dərs verməliyik".

Kommersant.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirovun ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleykin müxalif namizəd Kamal Kılıcdaroğlu ilə görüşməsinə Ərdoğanın sərt reaksiyasına münasibət bildirərkən deyib.

Elman Nəsirov bildirib ki, bu hadisə müəyyən nəticələr çıxartmağa əsas verir:

"Seçki öncəsi ABŞ-ın Türkiyədəki səfirinin prezident Ərdoğanla deyil, onun yerini tutmağa əsas namizəd olan müxalifət nümayəndəsi ilə görüş keçirməsi Vaşinqtonun hansı tərəfdə dayandığının bir göstəricisi hesab etmək olar. Məlum olduğu kimi ABŞ-ın Türkiyədəki səfiri Cefri Fleykas prezident seçkilərində müxalifətin vahid namizədi olan Kamal Kılıçdaroğlu ilə görüşüb. Və bu hadisəyə Türkiyə prezidenti də çox sərt reaksiya verib və qeyd edib ki, biz ABŞ-a 14 may prezident seçkilərində dərs verməliyik. Eyni zamanda Ərdoğan ABŞ-ın prezidenti bu məsələyə necə baxdığını sorğulayıb. Bildirb ki, ümumiyyətlə ABŞ prezidentinin nümayəndəsinin Türkiyədəki həmsöhbəti prezident olmalıdır, o isə müxalifətin nümayəndəsi ilə görüşür”.

Millət vəkili qeyd edib ki, əslində bu ABŞ-ın yalnış yanaşmasıdır:

“Heç şübhəsiz ki, ilk növbədə seçki öncəsi prosesdə əgər doğurdan da ABŞ səfiri görüşlər keçirmək istəyirsə, birinci növbədə ölkənin rəhbəri ilə görüşməlidir. İnanırıq ki, Ərdoğanın son 20 ildə Türkiyə üçün etdiyi misilsiz xidmətlər öz nəticəsini verəcək və bir daha Türkiyənin prezidenti seçiləcək”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə mayın 14-də keçiriləcək prezident seçkilərində ABŞ-a dərs verməlidir. O, bu sözləri ABŞ-ın Türkiyədəki səfiri Cefri Fleykasla müxalifətin namizədi Kamal Kılıçdaroğlunun görüşünü şərh edərkən deyib.