USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ İsrailə xəbərdarlıq edib

04.04.2023 Siyasət
27 3
ABŞ İsrailə İranla qismən nüvə razılaşması əldə edə biləcəyi barədə xəbərdarlıq edib.

Kommersant.az xəbər verir ki, yüksək səviyyəli İsrail rəsmilərinə, Qərb diplomatlarına və Amerika ekspertlərinə istinadən əldə olunan məlumata görə, Birləşmiş Ştatlar İsraili sanksiyaların bir qədər yumşaldılması müqabilində İranla nüvə proqramının qismən dondurulmasına əsaslanacaq razılaşmanın əldə edilməsi ehtimalı barədə məlumatlandırıb.

Belə ki, İran tərəfi təklifdən xəbərdar olsa da, indiki mərhələdə onu rədd edib.

Məlumatda bildirilir ki, Ağ Evdə İranla qismən razılaşma ilə bağlı müzakirələr ABŞ administrasiyasının İranın nüvə böhranına yeni yanaşmasını göstərir. Bununla da bir daha Vaşinqtonun son iki ildə iranlıların nüvə proqramında əldə etdiyi irəliləyişlərdən nə qədər narahat olduğu gündəmə gəlir.