ABŞ prezidenti Co Bayden 11-14 aprel tarixlərində Böyük Britaniya və İrlandiyaya səfər edəcək.
Kommersant.az xəbər verir ki, prezident Bayden ilk olaraq 11-12 aprel tarixlərində Şimali İrlandiyanın Belfast şəhərinə səfər edəcək. Daha sonra 12-14 aprel tarixlərində İrlandiyaya səfər edəcək.
Qeyd olunur ki, Amerika prezidenti Şimali İrlandiyaya səfəri zamanı 25 il əvvəl Belfast sazişinin imzalanmasından sonrakı irəliləyişi müzakirə etmək niyyətindədir. İrlandiyada Bayden ikitərəfli əməkdaşlığı müzakirə edəcək.