USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət başçısı Monteneqronun yeni seçilmiş Prezidentini təbrik edib

11.04.2023 Siyasət
22 5
Prezident İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidenti Yakov Milatoviçi təbrik edib.

Kommersant.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Milatoviç,

Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".