USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Hərbi təxribatı tətikləyən dövlət İrandır" - Natiq Miri

12.04.2023 Siyasət
8 2
“Bu təxribatla Ermənistan növbəti dəfə özünə yaraşanı etdi. Onlarla erməni əsgər 3-4 Azərbaycan əsgərinə atəş açmaqla onları şəhid etdilər".

Kommerasant.az xəbər verir ki, bu sözləri poltiloq Natiq Miri dünən Ermənistan ordusunun Gorus rayonunun Dığ yaşayış məntəqəsindəki mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini intensiv atəşə tutmasına münasibət bildirərkən deyib.

Natiq Miri bildirib ki, Ermənistan ordusunun rəhbərliyi bunu əvvəlcədən planlayıb, əvvəcədən hesablayıb:

“Çünki bu cür istehkamların Azərbaycan səngərlərinin yaxınlığında qurulmasına Ordumuz razı ola bilməzdi. Çünki bu səngərlər arasındakı əlaqəni pozur. Bu əvvəlcədən düşünülüb, sadəcə olaraq buna süni zəmin yaratmaqla gələcəkdə baş verən toqquşmanın Azərbaycanın üzərinə atılması düşünülürdü. Azərbaycan hərbçilərinin şəhid olması bu konteksdə baş verib. Qarşılıqlı döyüş bundan sonra başlayıb".

Politoloq düşünür ki, dünən baş verənlərin planı Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bir neçə gün öncə son İran səfərində hazırlanıb:

“Qriqoryan bu səfər zamanı İranın Ali Təhlükəsizlik Şurasının katibi general Əli Şamxani ilə görüşmüşdü. Bu təxribat planı da orada hazırlanmışdı”.

Politoloq qeyd edib ki, hərbi təxribatı tətikləyən dövlət İrandır:

“Çünki Azərbaycan Ordusunun necə davranacağı Ermənistan üçün bəlli deyildi. Ermənistan bir tərəfdən hərbi təxribatlar planlaşdırsa da, Azərbaycanın adekvat cavabı haqqında proqnozları mövcud deyildi. Ermənistan ehtiyat edə bilərdi ki, Azərbaycan bu cür təxribatlardan istifadə edərək daha böyük həcmdə hücum əməliyyatları həyata keçirə, yeni mövqelər əldə edə bilərdi. Bu konteksdə Ermənistanı dəstəkləyən kobud hərbi gücə ehtiyac var idi. Belə bir güc rolunda Rusiya, Fransa, Avropa Birliyi, ABŞ çıxış edə bilməzdi. Çünki bu dövlətlər Azərbaycan və Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmirlər”.

Natiq Miri onu da əlavə edib ki, bu təxribatın İranın vasitəsilə hazırlanmasını İran sərhəddə kəşfiyyat PUA-larını havaya qaldırması da sübut edir:

“Onlar bununla dərhal Azərbaycan Ordusunun həm canlı, həm hərbi texnika, həm də zərbə PUA-larının yerdəyişməsini Ermənistan ordusuna ötürürüdülər. Bu da Ermənistanın necə davrana biləcəyini müəyyənləşdirirdi”.

Politoloq onu da qeyd edib ki, bu təxribatda Ermənistanın əsas məqsədi Azərbayca Ordusunun son döyüşlərdə ələ keçirdiyi dörd postu geri qaytarmaqla kiçik də olsa, hərbi uğur etmək və Azərbaycanla baş tutacaq növbəti sülh danışıqlarında mövqelərini gücləndirmək istəyir.