USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Meliorasiya və Su Təsərrüfatında nöqsanlar aşkar edilib

13.04.2023 Siyasət
24 3
Hesablama Palatası Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi tərəfindən keçirilmiş dövlət satınalmalarında nöqsanlar aşkar edib.

Kommersant.az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının 2022-ci il fəaliyyəti haqqında Hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına dövlət satınalmalarının planlaşdırılması və ehtimal olunan qiymətlərin hesablanması prosedurları (o cümlədən, məlumatları sərbəst şəkildə toplamaq imkanları) çərçivəsində zəruri marketinq işlərinin təşkil edilməməsi, alınması nəzərdə tutulan malların istehsalçılar üzrə qiymətlərinin müəyyənləşdirilməməsi, potensial xarici tərəfdaşlarla birbaşa (vasitəçilərsiz) münasibətlərin qurulmaması, ehtimal olunan qiymətlərin idxalçı və (və ya) fəaliyyəti dayandırılmış və (və ya) vasitəçi rezident hüquqi şəxslər üzrə rəsmiləşdirilmiş qiymət təkliflərinin hesabına formalaşdırılması müvafiq xərc istiqamətlərində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun dövlət vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsini müəyyən edən müddəalarına riayət edilməməklə əlavə xərclərin yaranmasını şərtləndirib.

  • Əvvəlki

    FHN-də icra başçısının oğulları ilə bağlı "şahmat gedişi": Biri işdən çıxarıldı, digərinin vəzifəsi yüksəldilir...

Digər xəbərlər