USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranla aramızadakı siyasi gərginlik ticarət dövriyyəsinin genişlənməsinə maneədir - Natiq Cəfərli

13.04.2023 Siyasət
25 3
Moskva Ticarət və Sənaye Palatasının İrandakı tərəfdaşlarla xarici iqtisadi əməkdaşlıq komissiyasının sədri Nikolay Maşkov bildirib ki, Rusiya İranla sənaye əməkdaşlığında maraqlıdır.

Məlum olduğu kimi Azərbaycanın da hər iki ölkə ilə ticari əlaqələri var. Lakin son günlər Azərbaycanla İran arasında siyasi münasibətlərin bu əlaqələrə necə təsir edəcəyi qeyri müəyyən olaraq qalır.

Kommersat.az məsələni iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli bildirib ki, təssüf ki, son zamanlar Azərbaycan İran arasındakı siyasi münasibətlərin gərginliyi ticarət dövriyyəsinin genişlənməsinə maneə yaradır.

Ekspert onu da əlavə edib ki, bizim hər iki dövlət arasında ticarət əlaqələri genişdir:

“Azərbaycan İran arasında ticarət əlaqələrinə baxsaq görərik ki, keçən il təqribən yarım milyard dollarlıq dövriyyə olub, Onun 460 milyon dollara yaxınını İran Azərbaycana mal satıb. Azərbaycan isə cəmi 40 milyon dollara yaxın Azərbaycan mal satmış olub. Amma Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ilk üçlüyündə yer tutur. Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kifayət qədər böyükdür, Bu dövriyyə 3 milyard dollara yaxınlaşır. Rusiya ilə daha sıx əlaqəsi var”.

İqtisadçı qeyd edib ki, Azərbaycan burda həm də bir körpü rolundadır:

“İran-Rusiya ticarət dövriyyəsində avtomobil yolları vasitəsi ilə həyata keçirlən ticarət daha çox Azərbaycan üzərindən həyata keçirilir ki, bu da Azərbaycanın bu iki ölkə arasında körpü rolunu oynadığını göstərir. Çünki Azərbaycan üzərindən Rusiyaya keçən və əksi istiqamətində çoxlu sayda yük avtomobilləri hərəkət edir. İndi ən çox müzakirə olunan məsələlərdən bir də Cənub-Şimal dəhlizidir. Yəni Fars körfəzindən Baltik dənizinə qədər yeni avtomobil və dəmiryolu xətlərinin, əsasən də dəmir yolu xətlərinin açılması da müzakirə mövzusudur.

Bu da daha çox Azərbaycanın iştirakı ilə effektiv olaraq mümkündür. Çünki Azərbaycan üzərindən keçən dəmir yolları Rusiya ilə bağlıdır. İran ərazisindən keçən dəmir yolunun da Azərbaycana birləşdirilməsi mümkündür, yalnız Rəşt-Astara dəmiryolu xəttinin çəkilməsinə ehtiyac var. Bu da İran və Rusiyanın Azərbaycan üzərindən birləşməsinə səbıb ola bilər. Amma bu iki ölkə ilə münasibətlərin də ticarət dövriyyəsinə təsir göstərir”.