USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyev: Azərbaycan-Kuba əlaqələri bu gün uğurla inkişaf etməkdədir

20.04.2023 Siyasət
22 8
Xoş ənənələrə əsaslanan Azərbaycan-Kuba əlaqələri bu gün uğurla inkişaf etməkdədir.

Kommersant.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubunda deyilir.

"İnanıram ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - məktubda vurğulanır.