"ABŞ Ukraynaya yardımı dayandırmalı və göndərilənləri yoxlamalıdır".
Kommersant.az xəbər verir ki, bu sözləri ABŞ konqresmeni çıxışı zamanı deyib.
"ABŞ prezidenti Co Bayden və Konqres artıq Ukraynada proksi müharibəyə sponsorluq etmək üçün ABŞ vergi ödəyicilərinin təxminən 200 milyard dollarını xərcləyib. Biz daha bir sent belə göndərməməliyik və artıq göndərilmiş vəsaitləri yoxlamaq lazımdır", - deyib Qosar əlavə edib.
Qanunvericilik ofisindən isə bildirilib ki, administrasiya bu günə qədər Konqresə vəsaitlərin Ukraynaya köçürülməsi ilə bağlı sənədlərin surətlərini təqdim etməyib.