USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lavrovdan taxıl sövdələşməsi ilə bağlı suala cavab - "Geyiminiz gözəldir"

25.04.2023 Siyasət
19 0
Lavrov taxıl sövdələşməsi ilə bağlı suala cavab olaraq jurnalistin geyimini qiymətləndirdi.

Kommersant.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov taxıl müqaviləsinin taleyi ilə bağlı suala cavab verməyib.

Rusiyalı nazirin sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasının iclasının birinci hissəsi başa çatdıqdan sonra Lavrov dünya təşkilatının baş katibi Antonio Quterreşlə görüşə gedib. İclasda Quterreşin ofisində daha əvvəl bildirildiyi kimi, taxıl müqaviləsinin mayın 18-dən sonra uzadılması imkanları da müzakirə olunacaq.

Reuters agentliyinin müxbiri isə Lavrovdan taxıl müqaviləsinin taleyini soruşub. Nazir qızın qarşısında dayansa da, cavab olaraq onun geyimini bəyəndiyini bildirib: "Geyiminiz gözəldir".