USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayden 2024-cü ildə prezidentliyə namizəd olacaq

25.04.2023 Siyasət
16 6
Bayden 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak edəcəyini rəsmən bəyan edib.

Kommersant.az xəbər verir ki, Ağ Evin yaydığı videoda ABŞ prezidenti Co Baydenin ikinci müddətə namizədliyini irəli sürdüyünü açıqlayıb.

“Mən yenidən ABŞ prezidenti seçilmək üçün namizədliyimi irəli sürürəm”, - deyə siyasətçi bildirib.

Bəyanat 2020-ci il seçkilərində iştirakın elan edilməsindən düz dörd il sonraya təsadüf edir.