USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sinan Oğan "donuz bağı" dediyi iqtidara dəstək çıxdı

23.05.2023 Siyasət
60 22
"Nə kandil dağı, nə donuz bağı" deyən Sinan Oğan dünən verdiyi açıqlamada Cümhur İttifaqının namizədi Rəcəp Tayyip Ərdoğanı dəstəklədiyini açıqlayıb. Sosial şəbəkə istifadəçiləri isə Sinan Oğanın sözünü sitat gətirərək niyə “donuz bağı”nı seçdiyi barədə hesabat istəyiblər.

Kommersant.az xəbər verir ki, “donuz bağı”nı seçən Sinan Oğan müxaliflər tərəfindən və namizədi olduğu Ata İttifaqı tərəfindən sosial şəbəkələrdə əngəllənib. Eyni zamanda sosial şəbəkələrdə Sinan Oğana səs verdiyini bildirən şəxslər haqlarını halal etmədiklərini və onun iqtidara satıldığı kimi şərhlər yazıb.

Qeyd edək ki, anketlərə görə Sinan Oğanın topladığı 5.22 faizlik səslərin sürətlə azaldığı barədə məlumatlar yayılır.