USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sinan Oğan Ərdoğanı niyə seçdi? - POLİTOLOQ

23.05.2023 Siyasət
19 8
“Sinan Oğanın verdiyi qərarla gələcəkdə Türkiyə siyasətində daha böyük bir fiqura çevriləcəyinin şahidi olacağıq”.

Kommersant.az-a bunu politoloq Taleh Əliyev Sinan Oğnanın Türkiyədə prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyip Ərdoğanı dətəkləməsini şərh edəkrən deyib.

Politoloq hesab edir ki, Sinan Oğan Ərdoğanı dəstəkləməklə doğru qərar qəbul edib:

“Ona hakimiyyətdən vəzifə təklif olunacaq, zamanında ayrıldığı Millətçi Hərəkat Partiyasına geri dönməsinə şərait yaradılacaqmı və s. bütün bunlara mayın 28-dən sonra şahid olacağıq”.

Həmsöhbətimiz qeyd edib ki, seçki kampaniyasında iştirak edən Sinan Oğanın da əhəmiyyətli dərəcədə səs toplayıb:

"Bu səs 5 faizin üzərində idi. Ərdoğanın isə qalib olması üçün 0.5 faiz səs tələb olunurdu. Bu dəstəyin ifadə olunması Türkiyədəki seçkilərin hüquqi nəticələrinə əhəmiyyətli dərəcədə təsiri olacaq bir siyasi qərardır. İkinci turda Sinan Oğanın 5 faizlik səsinin 0.5 faizi Ərdoğanın qələbəsi üçün kifayət edəcək. Seçkilərin ikinci turu daha şəffaf, daha ədalətli, narazı tərəfin olmaması prinsiplərini gözləməklə keçirilməsində əsas maraqlı tərəf Ərdoğan və onun komandası olacaq ki, ikinci turda qalibiyyətini elan eləsin".

“Seçkilər bitəndən sonra Sinan Oğan yeni bir partiya yarada bilərmi” sualına cavab olaraq Taleh Əliyev bildirib ki, bu prinsipcə mümkündür:

“Türkiyədə ikiyə parçalanmış milliyətçi, Atatürkçü camiənin üçüncü cəbhəyə bölünməsi demək olacaq. Milliyətçi partiyanın parçalanması elə milliyətçilərin özünə ziyandır. Amma o, ikiyə-üçə bölünmüş türk milliyətçilərini yenidən öz ətrafında, bir cəbhədə birləşdirərək, Türkiyənin siyasi səhnəsinə daxil ola bilər".

Sinan Oğanın Ərdoğanı dəstəkləməsində Türkiyə ilə Azərbaycan arasında münasibətlərin də rolunu şərh edən politoloq bildirb ki, o, MHP kimi cidid və böyük siyasi bir məktəb keçib:

"Onun Azərbaycan sevdalısı olmasından çox bu qərarın qəbul olunmasında Millət İttifaqının namizədinin anti-Azərbaycan mövqeyi də rol oynaya bilər. Bu əslində bir az söz oyununa bənzəyir. Lakin burada qərar verərkən həm də Azərbaycan və Türkiyə arasındakı siyasi və iqtisadi proseslərdə nəzərə alına bilər”.