USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsvermə prosesi bu gün sona çatır

24.05.2023 Siyasət
25 5
Xaricdə yaşayan Türkiyə vətəndaşlarının prezident seçkilərinin ikinci turu üçün xarici nümayəndəliklərdə səsvermə prosesi bu gün yerli vaxtla saat 23.00-da bitəcək.

Kommersant.az TurkicWorld-a istinadən xəbər verir ki, gömrüklərdə səsvermə prosesi isə 28 may saat 18.00-a qədər davam edəcək.

Məlumata əsasən, xaricdə yaşayan 1 milyon 763 min 973 nəfər türk vətəndaşı xarici nümayəndəlik və gömrüklərdə prezident seçkilərinin ikinci turu üçün səs verib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.