USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Ukraynaya yeni yardım vəd edib

13.06.2023 Siyasət
15 5
Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya tezliklə yeni yardım paketi təqdim edəcək.

Kommersant.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken dövlətlərin Ukraynaya iki sahədə dəstəyini davam etdirəcəyini bildirib. Birincisi, söhbət hazırda ayrılan və Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında uğur qazanmasına səbəb olan hərbi yardımdan gedir. İkincisi, amerikalılar Ukraynanı uzunmüddətli perspektivdə lazım olan hər şeylə təmin etməyə hazırdırlar.

Blinken onu da əlavə edib ki, NATO-nun Vilnüs sammitində Ukraynaya yeni yardım paketi elan olunacaq.