USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bahçeli: Parlament sisteminə qayıtmaq xəyalları puça çıxdı

13.06.2023 Siyasət
17 7
MHP sədri Dövlət Baxçalı Türkiyənin siyasi böhran illərini geridə qoyduğuna diqqət çəkərək, “Mübahisə doğuran koalisiya hökumətlərinin nə izi, nə də tozu qalıb. Mayın 14-də keçiriləcək seçkiləri eyni zamanda referendum kimi görən partiyalar tarixin yanlış yerində öz yerlərini tutublar".

Kommersant.az xəbər verir ki, MHP sədri Dövlət Baxçalı partiyasının seçkidən sonra ilk qrup toplantısında açıqlamalar verib.

Baxçalının açıqlamasından diqqət çəkən məqamlar belədir:

"Sərt gərginliklər, gərgin gözləntilər bitdi. Qurula bilməyən, qurulsa da fəaliyyət göstərə bilməyən koalisiya hökumətlərindən əsər-əlamət qalmayıb. Ona görə də parlament sisteminə qayıtmaq xəyalları puç oldu. Xalqımız hər iki seçkidə Prezident İdarəetmə Sistemini təsdiqlədi.

Parlament sisteminə qayıtmaq xəyalları puç oldu, millətimiz bu siyasi hədəflərə hörmət etmədi".