USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Rusiya təyyarələrinə qarşı Yaxın Şərqə F-22-lər göndərir

15.06.2023 Siyasət
6 27
ABŞ-ın Rusiya təyyarələrinin hərəkətləri zəminində Yaxın Şərqə F-22 döyüş təyyarələri göndərdiyi bildirilib.

ABŞ Rusiya təyyarələrinin bölgədəki “təhlükəsiz hərəkətlərini” əsas gətirərək Yaxın Şərqə F-22 döyüş təyyarələrini göndərib.

ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən yazılı açıqlamada, "Rusiya təyyarələrinin bölgədə artan təhlükəli və qeyri-peşəkar davranışları qarşısında, ABŞ Hərbi Hava Qüvvələri çox yönlü əməliyyatların bir hissəsi olaraq CENTCOM-un missiya bölgəsində F-22 döyüş təyyarələrini yerləşdirib” deyilib.

Bəyanatda fikirlərinə yer verilən CENTCOM-un komandiri general Maykl Kurilla, "Rusiya qüvvələrinin təhlükəli və qeyri-peşəkar hərəkətləri peşəkar hava qüvvələrindən gözlənilən hərəkətlər deyil. Rusların münaqişənin qarşısını almaq üçün tədbirləri davamlı şəkildə pozması. Razılaşmalarla müəyyən edilən uçuş zonaları gərginlik və ya yanlış təsəvvür riskini artırır" qiymətləndirməsini etdi.